Slovakiyada beş yaşdan yuxarı uşaqların vaksinasiyası başlanır
Sentyabrın 9-da Slavakiyada 5-11 yaşlı uşaqların koronavirusa qarşı vaksinasiyasına start veriləcək.
Bu barədə ölkənin səhiyyə naziri Vladimir Lenqvarski məlumat verib.
O, müvafiq qərarın həkim və tibb mütəxəssislərinin tövsiyəsi əsasında qəbul edildiyini bildirib.
Nazirin sözlərinə görə, Slovakiyada 12 yaşdan yuxarı uşaqların vaksinasiyasına artıq bir neçə ay öncə başlanılıb. Daha aşağı yaş qrupundan olanlara gəlincə, Lenqvarski bu uşaqların yalnız valideynləri və ailə həkiminin icazəsi ilə peyvənd olunacaqlarını vurğulayıb.
Bununla yanaşı, səhiyyə naziri gələn həftədən etibarən Slovakiyada COVID vaksinlərin üçüncü dozasının da tətbiq ediləcəyini qeyd edib.