Britaniyada pandemiya zamanı ilk dəfə koronavirusdan ölüm halı qeydə alınmayıb
Britaniyada pandemiyanın başlanğıcından bəri ilk dəfə koronavirusdan ölüm halı qeydə alınmayıb.
TASS xəbər verir ki, çərşənbə axşamı krallıqda yayılan rəsmi statistika belə deməyə əsas verir.
Ötən ilin mart ayında pandemiyanın başlanmasından bu yana COVID-19 səbəbindən hər gün ölüm halları qeydə alınıb. Ən yüksək göstərici isə cari ilin yanvar ayına təsadüf edib. İlin əvvəllərində Britaniyada sutka ərzində 1300 nəfər ölümcül virusun qurbanı olub.
Bütövlükdə isə bugünədək krallıq ərazisində koronavirusdan ölənlərin sayı 127 782 nəfər təşkil edib.