Qazaxıstanda sutkalıq yoluxma sayı rekord həddə çatıb
![](/uploads/posts/2021-07/medium/1626061652_202007eca_kyrgyzstan_ppe.jpg)
Bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.
Məlumata əsasən, bu, pandemiyanın başlanmasından bəri ölkədə qeydə alınan ən yüksək sutkalıq göstəricidir. Öncəki rekord da, bugünlərdə, daha dəqiq desək iyulun 9-da qeydə alınmışdı.
Hazırda Qazaxıstanda 9619 COVID xəstəsinin müalicə aldığı, onlardan 795 nəfərinin vəziyyətinin ağır olduğu bildirilib.