Koronavirusa qarşı iksir hazırlayan məşhur şaman eyni virusdan öldü
![](/uploads/posts/2021-09/medium/1632546041_fotojet-53.jpg)
Ölkədə idman ulduzlardan tutmuş siyasətçilərə qədər bir çox insanı müalicə etdiyini iddia edən Eliyanza Vayt adlı hindu iksiri yuxuda gördüyünü demişdi.
O, hazırladığı qarışığın çaylara tökülməsinin Şri-Lanka və qonşu Hindistandakı pandemiyaya son qoya biləcəyini bildirmişdi.
Bir müddət öncə koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən 48 yaşlı Vayt iki həftə reanimasiyada qaldıqdan sonra həyatını itirib.
Mənbə: BBC