Koronavirus Hindistanda uzun müddət davam edən problemin həllinə kömək etdi
Koronavirus pandemiyası Hindistan iqtisadiyyatına zərər verdi, eyni zamanda əmək bazarında uzun müddətdir mövcud olan gender bərabərsizliyi probleminin həllinə kömək etdi.
Ölkədə rəhbər vəzifələrdə çalışan qadınların sayında xeyli artım müşahidə olunub.
Hindistanın dünyada iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkələrdən biri olmasına baxmayaraq, ölkədə qadınlar ümumi işçi qüvvəsinin yalnız 20 faizindən çoxunu təşkil edir. Müqayisə üçün deyək ki, ABŞ -da bu rəqəm 50 faizə yaxındır.
Əmək bazarında qadınların olmaması mədəni ənənə məhdudiyyətindən tutmuş iş yerində təcavüzün yayılmasına qədər bir çox faktorla əlaqələndirilir.
Son on ildə hökumətlər və şirkətlər bu vəziyyəti dəyişdirmək üçün səy göstərdilər. Ancaq pandemiyadan əvvəl qadınlar arasında işsizlik nisbəti son dərəcə yüksək olaraq qaldı və yalnız 2020-ci ildə əmək bazarında vəziyyət dəyişməyə başladı.
Buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb ki, koronavirus pandemiyası və onun nəticələrindən ən çox məhz qadınlar təsirlənib.
Mənbə: CNN