Kimlərin pensiyası nə qədər artdı? - Deputat AÇIQLADI
- 7-02-2021, 13:30
- Cəmiyyət
İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır.
''Azad Səs''-in xəbərinə görə, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov Prezident İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilməsi haqqında imzaladığı sərəncamı şərh edərkən deyib.
O bildirib ki, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq:
“Ancaq indeksləşdirmə əmək pensiyalarına edilən əlavələrə şamil edilmir. Artım məbləğinə gəldikdə isə əmək pensiyaları əvvəlki ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə əvvəlki ilin inflyasiya səviyyəsinə indeksləşdirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə nominal orta aylıq əmək haqqında artım 11,4% olub. Buna görə də əmək pensiyalarının məbləği həmin faizə indeksləşdirilir.
Qeyd edim ki, son dövrlərədək əmək pensiyaları baza, sığorta və yığım hissəsindən ibarət idi. Pensiya islahatları nəticəsində əmək pensiyaları üçün baza hissəsi ləğv olundu. Buna görə də pensiya məbləği tam olaraq indeksləşdirilir.
Bu baxımdan əmək pensiyası alan vətəndaşlarımızın pensiyası tam məbləğ olaraq indeksasiya faizinə uyğun olaraq artırılır. Məsələn, vətəndaşımızın pensiyası 300 manatdırsa, o zaman həmin pensiyaçının pensiya məbləğinin üzərinə 34 manat 20 qəpik əlavə olunacaq. 400 manat pensiya məbləğində isə 45 manat 60 qəpik artım olacaq. Pensiya məbləği yüksəldikcə artan məbləğ də çoxalır. Hər bir pensiyaçı aldığı pensiya məbləğinin üzərinə 11.4 faiz artım gəlməklə pensiyasının nə qədər artdığını özü də hesablaya bilər”.
Axar.az