Niderlandda "quş qripi" aşkarlandı
- 20-02-2021, 16:56
- Dünya
Niderlandın Şimali Brabant əyalətindəki Sint-Odenrode şəhərində “quş qripi” (H5) aşkarlanıb.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, yerli toyuq fermalarının birində aşkarlanmış virusun ən təhlükəli variantlardan olduğu güman edilir.
Həmin fermada olduğu bildirilən 35 minədək quş, habelə yaxınlıqda yerləşən daha iki fermadakı 97 minədək quş Niderland Ərzaq və İstehlak Məhsulları Təhlükəsizliyi İdarəsi (NVWA) tərəfindən kənara daşınıb.
Hadisə ilə əlaqədar olaraq həmin yerdən 10 km-lik məsafədə yerləşən daha 26 quşçuluq təsərrüfatına Kənd Təsərrüfatı, Təbiət və Ərzaq Keyfiyyəti Nazirliyi tərəfindən nəqliyyat məhdudiyyəti tətbiq olunub. Belə ki, quş əti və yumurta, quş peyini vs. ləvazimat daşımaları müvəqqəti dayandırılıb.