Gürcüstanda ərzaq bahalaşıb
- 3-12-2020, 10:27
- Dünya
Bu ilin noyabr ayında Gürcüstanda istehlak qiymətləri indeksi oktyabr ayına nisbətən 100,9%, illik müqayisədə isə 103,8% təşkil edib.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Ötən ay qonşu ölkədə ərzaq və spirtsiz içkilər 1,8%, tərəvəzlər 7,6%, süd, pendir və yumurta 4,7%, yağ 4,1%, qənd, cem, bal, şokolad və qənnadı məmulatları 1,4% bahalaşıb, meyvə isə 7,8% ucuzlaşıb.
Son 1 ildə isə Gürcüstanda ərzaq və spirtsiz içkilər 6% bahalaşıb, sağlamlıq sahəsində xidmətlərin dəyəri 8,8% artıb, nəqliyyat sahəsində qiymətlər isə 5,2% azalıb.