BNA məlumat yaydı
- 14-08-2020, 13:09
- Cəmiyyət
Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan 17 avqust səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
Bu barədə “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, bu həftə ərzində Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə avtobuslarla 8 000 000-dan artıq sərnişin səfər sayı qeydə alınıb. Bu isə 3-7 avqust tarixlərində qeydə alınan göstəricidən təxminən 14 % çoxdur. Belə ki, avqustun ilk həftəsində sərnişin səfər sayı 7 000 000-a yaxın olub.
Qeyd edilib ki, bu həftə sərnişindaşımada bir sıra məqamlarla yadda qalıb. Həftənin ilk iş günü 3 əlavə ekspres xətt istifadəyə verilib. M8 xəttinin istifadəyə verilməsi ilə Maştağa qəsəbəsinin metronun “Gənclik” stansiyası ilə əlaqələndirilməsi təmin olunub. Pandemiya dövründə gündəlik sərnişin səfər sayında maksimal rəqəm də bu həftə qeydə alınıb. 10 avqust tarixində ümumi avtobuslarla 1 684 332 sərnişin danışınıb. Bu həftə xəttə çıxan avtobusların sayı da maksimuma çatıb. İlk dəfə xəttə 2130 avtobus çıxarılıb.