Rusiya Prezidenti Vladimir Putinin keçmiş kürəkəni Kirill Şamalov ölkənin ən böyük neft-kimya şirkətinin 380 milyon dollarlıq səhmlərini cəmi 100 dollara əldə edib.
''Azad Səs'' Axar.az-a istinadən xəbər verir ki, bu barədə “İstories” Araşdırmalar Təşkilatının hesabatında deyilir.
K.Şamalov 2013-cü ildə “Sibur” şirkətinin səhmlərini məhz offşor şirkətlərin vasitəsilə ilə almağı bacarıb.
Rusiyanın müxalif blogeri Aleksey Navalnı isə bu olayı “380 milyon dollarlıq toy hədiyyəsi” kimi dəyərləndirib.
Navalnı həmçinin əlavə edib ki, o zaman kürəkən Putin hakimiyyətindən istifadə edərək dövlətdən 1,75 milyard dollarlıq azfaizli kredit də ələ keçirmişdi.
İllər sonra üzə çıxdı: Kürəkəni Putinin adı ilə...
- 8-12-2020, 09:06
- Dünya