azadses.az » Cəmiyyət » Mübariz Mənsimov hakim qarşısına çıxarılır

Mübariz Mənsimov hakim qarşısına çıxarılır

"Palmali” şirkətinin qurucusu, Azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun yanvarın 13-də məhkəməsidir. Bakı vaxtı ilə saat 11:00-da Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza məhkəməsi Mənsimovun barəsində irəli sürülən ittihamnaməyə baxacaq. Qeyd edək ki, bu, sayca artıq 3-cü məhkəmə iclasıdır. İclası ictimaiyyət və mətbuat üçün açıq olacaq.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bundan əvvəlki məhkəmə iclasından fərqli olaraq, bu dəfə Mübariz Mənsimov məhkəmə salonuna gətiriləcək.
 
"Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Guliyevanın sözlərinə görə, bugün baş tutacaq iclac bu işdə sonuncu ola bilər.
 
Belə ki, iclasın yekunu olaraq hökm oxunacağı gözlənilir. Məhkəmə iclasının başlayacağı son ana qədər hansısa dəlil və ya yeni şahid çıxmazsa, hökm oxunacaq.
 
"Onu deyə bilərəm ki, bu günə qədər məhkəməyə heç bir əsaslı dəlil təqdim edilməyib. Bu günə qədər məhkəmə, sadəcə, ifadələr üzərinə qurulub. Mübariz Mənsimovu ittiham edənlərin ifadələri bir-biri ilə kəskin şəkildə ziddiyyət təşkil edirdi. Üstəlik, ifadələr and içilmədən alınıb. Bu özü də qanuna ziddir. Məhkəmə zamanı verilən ifadələrin əksəriyyəti heç bir fakta əsaslanmayıb. Bu işlə əlaqəsi olmayan, amma məhkəməni izləyən müstəqil vəkillərin sözlərinə görə, bu dosye ilə heç kim həbs edilə bilməz.
 
Biz də, təbii ki, Türkiyədə ədalət sisteminə inanır və qüvənirik. Mübariz Mənsimovun azadlığa cıxacağına inanırıq. Səhhətinə gəldikdə, Mübariz Mənsimovun sağlık durumu yaxşı deyil. Hər gün iki dəfə venadaxili sistem qəbul edir. Böyrəklərində ağrılar var, vəkillər isə onun sancıdan otura bilmədiyini, ayaq üstündə dayana bilmədiyini deyirlər. Qan analizləri də heç yaxşı deyil, lakin buna baxmayaraq Mübariz bəy xəstəxanaya aparılmayıb. Müalicəni lazımi səviyyədə apara bilməyəcək tibb məntəqəsinə gətirilərək orada tibbi xidmət alır” – deyə Fidan Quliyeva vurğulayıb.
 
9 dekabr 2020-ci ildə keçirilmiş ikinci məhkəmə iclasında Mübariz Mənsimov ona qarşı heç bir əsaslı dəlilin irəli sürülmədiyini, saxta bir oyunun aparıldığını hakimə və məhkəmə iştrakçılarına bildirmişdi.
 
"Bunu deməsinə səbəb ortaya heç bir dəlilin qoyulmamasıdır. Bütün deyilənlər, sadəcə, sözdədir. Onu da nəzərə almaq lazımdır ki, ittiham tərəfinin şahidləri Mübariz Mənsimovla davalı adamlardır” deyən Fidan Quliyevanın sözlərinə görə, hələ 2017-ci ildə Mənsimov barəsində başladılan araşdırmanın nəticəsi olaraq 2019-cu ildə müəyyən edilib ki, onun FETÖ terror örgütü ilə heç bir əlaqəsi olmayıb. İki il davam edən araşdırmada şirkətin və Mübariz Mənsimovun bütün hesabları, telefon danışıqları, əlaqələri dəqiqliklə öyrənilmiş və təmiz çıxan hesabatlarda Mübariz Mənsimovun nə Asiya Bankında hesabı, nə pul ötürmələri, nə Baylok sisteminin mövcudluğu ortaya cıxmışdı. Bu isə, organik bağlarının olmamadığını təsdiqləyən çox önəmli göstəricilərdir.
 
Xatırladaq ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən bu ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.
 
Mübariz Mənsimov ilk gündən bu ittihamların hamısını rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bəyan edir. O, həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.
 
Mübariz Mənsimov onu da vurğulayıb ki, özü və rəhbərlik etdiyi "Palmali” şirkəti hər zaman Azərbaycanın və Türkiyənin dövlətçiliyini dəstəkləyib və dəstəkləyəcək. "Palmali” şirkətinin qurucusu həmişə bəyan edib ki, hüquqi dövlətdə yaşayır və Türkiyədə hər şeyin qanun çərçivəsində həll olunduğunu dərk edir. Bu səbəbdən Mübariz Mənsimov bir daha bildirib ki, Türk ədalətinin düzgün qərar verəcəyinə əmindir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  2. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  3. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  4. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  5. Bakıda yol qəzası olub, xəsarət alan var
  6. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  7. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  8. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  9. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  10. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı