"Qoymayın bu ölkədə dürüst adam qalsın, ləkələyin, altınızı batırıb oturun üstündə…" - İlqar Məmmədov
- 25-09-2020, 14:21
- Siyasət
"Dövlətin zəhrimarlı sifətini ömründə görməyən, ona cavab olaraq öz tərs sifətini çıxarıb ortaya qoymayan, ölümün gözünə dik baxıb cırmaqlaşaraq hakimiyyətlə bərabər söhbət haqqı qazanmağın nə olduğunu qanmayan bir şapalaqlıq movqe sahibləri gəlib bizə ağıl verirlər. Bəlkə də dövlətin adından hədələyirlər. Dövlət məni yenidən həbs edəcəkmiş, bu da "haqlı" olduğuna sevinəcəkmiş. Tutacaqsa dünəndən tutsun! Həbsdən qorxan var? Məni tutanda yenə ağ günə çıxacaq?"
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.
İ.Məmmədov qeyd edib ki, dialoqdan yalnız özündən naguman adam qaçar: "Mən özümə inanıram və söhbətin haraya qədər davam edə biləcəyini nəzarətdə saxlayıram. Kim titrəyirsə ki, dövlətin zəhmi onu üz-üzə danışıqlarda basıb yeyər, siyasi dialoqdan kənar durur, iş görmək istəyənləri gözdən salmağa çalışır. Qoymayın bu ölkədə dürüst adam qalsın, hamını ləkələyin, altınızı batırıb oturun üstündə. Xalqımın Cümhuriyyət marağına xidmət edirəm. Buna əminəm. Bir şapalaqlıq siyasi movqe sahibləri isə heç özlərinə əmin deyillər deyə, bizi gör nə ilə qorxudurlar".