Fransada insanlara peyvənd əvəzinə başqa məhlul vurublar
Bu barədə ölkənin “Bleu” radiostansiyasından bildirilib.
Qeyd olunur ki, həkimlər peyvənd mərkəzində 140 xəstəyə bu məhluldan vurublar. Bu inyeksiya sağlamlıq üçün təhlükəsizdir, lakin həmin xəstələr yenidən vaksinasiya olunmalıdırlar.
Fransada peyvənd kampaniyası ötən ilin dekabr ayının sonunda başlayıb.
Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə təxminən 14 milyon insan artıq peyvəndin ilk dozasını alıb.