Erməni patriarx: “Ərdoğanın Qafqaz sülh hövzəsi layihəsi bölgəyə 100 illik barış gətirə bilər”
“Anadolu” agentliyinə açıqlama verən din xadimi Türkiyə dövlət başçısının altı ölkə arasında sülh yaratmaq üzrə səylərini yüksək qiymətləndirib.
Qondarma erməni soyqırımı mövzusuna toxunan patriarx bildirib ki, on illər ərzində bu mövzunun parlamentlərin gündəliyinə çıxarılması və nəticədə yaranan gərginliklər iki xalqın yaxınlaşmasına xidmət etmir.
“Xalqımızın kədərinin və əcdadımızın müqəddəs xatirəsininin bəzi ölkələr tərəfindən siyasi məqsədlərə alət edildiyini görmək bizim üçün xoş deyil. Bu, düşmənçilik duyğularını alovlandıraraq, sülhün gecikməsinə yol açır. Halbuki, oncə dostluq və səmimiyyət körpüləri qurulmalıdır. Çünki yalnız belə bir mühitdə tarixi hadisələrin dəyərləndirilməsi konstruktiv və qənaətbəxş olacaq”, -deyə Maşalyan qeyd edib.