Myanmada polislə toqquşmalarda ölən mülki şəxslərin sayı 730 nəfərə çatıb
TASS agentliyi xəbər verir ki, bu barədə Siyasi Məhbuslara Yardım Təşkilatı məlumat yayıb.
Təşkilatın məlumatına əsasən, hazırda 3 152 nəfər istintaq altındadır.
Məhkəmə 75 nəfəri həbsə məhkum edib.
Xatırladaq ki, fevralın birində Myanmada dövlət çevrilişi olub, prezident və dövlət müşaviri saxlanılıb, ölkədə fövqəladə vəziyyət elan edilib.