AVRO-2020-nin İtaliya - Türkiyə matçı azarkeşlərin iştirakıyla keçiriləcək
- 7-04-2021, 15:00
- Dünya
“Haber Global”ın məlumatına görə, bunu federasiya rəhbəri Qabriel Qravina bildirib.
Onun sözlərinə görə, ölkənin Səhiyyə Naziriliyinin rəyi əsasında hökumət matçlara tamaşaçıların buraxılmasına icazə verib.
Qeyd edək ki, AVRO-2020 çərçivəsində İtaliya ilə Türkiyə yığmaları arasında keçiriləcək qarşılaşma iyunun 11-nə təsadüf edəcək və turnirin açılış oyunu olacaq.
Bununla yanaşı, Roma Olimpiya Stadionu A qrupunun iki oyunu və 1/4 final matçı olmaqla, daha üç qarşılaşmaya ev sahibliyi edəcək.