Ərdoğan dəniz quldurlarının qaçırdıqları gəminin kapitanı ilə danışdı
- 24-01-2021, 09:45
- Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Nigeriya sahillərində dəniz quldurları tərəfindən qaçırılan "Mozart" adlı yük gəmisinin kapitanı Furkan Yaren arasında telefon danışığı olub,
''Azad Səs'' Milli.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyasından məlumat verilib.
Qeyd edilir ki, Ərdoğan Yarenlə telefonla iki dəfə danışıb. Kapitan hücumdan xilas olan gəminin üç ekipaj üzvü ilə Qabona doğru hərəkət etdiyini deyib. Prezident vəziyyəti diqqətlə izlədiyini bildirib və gəminin oğurlanmış ekipajının xilas edilməsi üçün tədbirlər görülməsini tapşırıb.
Xatırladaq ki, Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.