Fərmanın cənazəsi Bakıya göndərildi
- 27-01-2021, 10:28
- Cəmiyyət
Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan “Motsart” gəmisində həyatını itirən azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Qabondan İstanbula gətirilib, oradan isə Azərbaycana yola salınıb.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, F. İsmayılovun nəşi Türkiyə Hava Yollarına məxsus hava gəmisi ilə Vətənə göndərilib.
Onun cənazəsini daşıyan təyyarə Türkiyə vaxtı ilə saat 07:25-də Bakıya doğru hərəkət edib.
Qeyd edək ki, “Motsart” adlı gəmi yanvarın 23-də Nigeriyanın Laqos şəhəri yaxınlığında dəniz quldurlarının hücumuna məruz qalıb. 19 nəfərlik heyətdən 15-i qaçırılıb, Fərman İsmayılov isə qətlə yetirilib.