Süveyş kanalının genişləndirilməsi gözlənilir
Vesti.ru xəbər verir ki, bu barədə Süveyş Kanalı İdarəsinin rəhbəri Usama Rabia məlumat verib.
Kanalın dərinləşdirilməsinə gəlincə, U. Rabia buna ehtiyac olmadığını bildirib.
Xatırladaq ki, martın 23-də Panama bayrağı altında Çindən Rotterdama gedən və göyərtəsində 20 min konteyner olan “Ever Given” gəmisi Süveyş kanalında qum fırtınası zamanı kursu itirib və saya oturub.
Nəticədə kanalda hərəkət tamamilə bloklanıb.