Avstriyada koronavirus testi olmadan mağazalara giriş qadağan edilir
“RİA Novosti” xəbər verir ki, sözügedən qayda aprelin 7-dən qüvvəyə minəcək.
Hazırda ölkədə bu tələb yalnız bəzi xidmət sahələrinə - bərbərxanalara, gözəllik salonlarına şamil olunur.
Qeyd edilir ki, aptek və ərzaq dükanlarına giriş üçün test nəticələri lazım olmayacaq.