Dağıstanda müəllim partlayan qumbaranı bədənilə örtərək şagirdləri xilas edib
O, bu hərəkətilə şagirdlərin həyatını xilas edib.
“Qumbaranın yuxarı hissəsini sökərkən müəllim sursatdan gələn müvafiq səsi eşidib və anlayıb ki, partlayış olacaq. Onu əlində sıxaraq, qarnına tərəf tutub və arxasını şagirdlərə tərəf çevirib”, - deyə məktəbdən bildirilib.
Hazırda məsələ ilə bağlı cinayət işi açılıb. Müəllimin səhhəti barədə dəqiq məlumat verilmir. Yalnız onun bir əlindəki dörd barmağını itirdiyi qeyd olunur.