Главная > Dünya / Manset > Dağıstanda müəllim partlayan qumbaranı bədənilə örtərək şagirdləri xilas edib

Dağıstanda müəllim partlayan qumbaranı bədənilə örtərək şagirdləri xilas edib


25-03-2021, 06:30. Разместил: azadses
Dağıstanın Xasavyurt şəhərindəki 10 saylı məktəbdə Həyat fəaliyyətinin təhlükəsizliyinin əsasları fənnini tədris edən müəllim Maqomed Qurbanov dərs zamanı təsadüfən işə düşən qumbaranı bədənilə örtərək, sinifdəki uşaqları partlayışın fəsadlarından qoruyub.
O, bu hərəkətilə şagirdlərin həyatını xilas edib.
“Qumbaranın yuxarı hissəsini sökərkən müəllim sursatdan gələn müvafiq səsi eşidib və anlayıb ki, partlayış olacaq. Onu əlində sıxaraq, qarnına tərəf tutub və arxasını şagirdlərə tərəf çevirib”, - deyə məktəbdən bildirilib.
Hazırda məsələ ilə bağlı cinayət işi açılıb. Müəllimin səhhəti barədə dəqiq məlumat verilmir. Yalnız onun bir əlindəki dörd barmağını itirdiyi qeyd olunur. 

Вернуться назад