Tələbəni təhqir etdiyi deyilən direktor: "O sözün mənasını indi öyrənirəm"
- 19-02-2021, 13:14
- Cəmiyyət
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovanın tələbəni təhqir etməsi iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Bununla bağlı “Report”a açıqlama verən N.Qaralova indiyədək heç kimi təhqir etmədiyini bildirib:
“Mən heç bir tələbəni təhqir etməmişəm və indiyə qədər heç bir kəsin ünvanına artıq ifadə işlətməmişəm. Çünki buna mənim tərbiyəm yol vermir. Çox təəssüf edirəm ki, ifadə etdiyim o sözün ölkəmizdə yayılmış mənasını bu yaşımda öyrənirəm. Çünki mən o ifadəni tamam başqa mənada bilirəm. Axı, həmin sözün başqa mənası da var. Ona görə də o ifadədən təhqir kimi istifadə etməmişəm. Qədim Yunanıstanda filosoflar, pedaqoqlar tələbələrə dərs keçən zaman məkanın işıqlandırılması üçün orada tələbələrdən biri şam yandırıb tuturmuş. Bu, elektrik enerjisinin olmadığı bir zamanda qədim Yunanıstanda bir ənənə olub. Bu prosesdə dərs keçirilən məkanın işıqlandırılması üçün əlində şam tutan tələbənin ən əsas etibarlı olması vacib olub. Mən də o ifadədən bu mənada istifadə etmişəm. Ona görə də sinif nümayəndəsinə ehtiyac olmadığını, tələbələrin üç nəfərdən ibarət olmaqla imtahana girmələrini, burada hansısa şahidə və etibarlı şəxsə ehtiyac olmadığını bildirmişəm. Çünki burada müəllim, assistent, tədris şöbəsinin müdiri var. Ona görə də əlavə şəxsə ehtiyac yoxdur”.
N.Qaralova sözügedən videonun qərəzli şəkildə yayıldığını hesab edir:
“Çünki imtahan yanvar ayında olub. İmtahanı düzgün keçirilmədiyinə görə saxlatdırmışam. Bu da narazılıqlara səbəb olub. Ona görə də düşünürəm ki, bu, mənə qarşı təxribatdır. Çünki mən onların bu günə qədər oynadıqları oyunları pozmuşam. Təəssüflər olsun ki, videoda yalnız o hissəsini kəsib və qərəzli şəkildə yayıblar”.
“Nə həmin tələbənin, nə onun valideynlərinin, nə də həmin prosesdə iştirak edən müəllimlərin mənə qarşı heç bir narazılığı yoxdur”, - deyə direktor Nərmin Qaralova əlavə edib.
Qeyd edək ki, distant formada keçirilən imtahan zamanı ADMİU nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovanın xanım tələbəni xoşagəlməz ifadə ilə təqdim etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Direktorun tələbəni təhqir etməsi iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqədar olaraq Təhsil Nazirliyində araşdırmalara başlanılıb.