Tovuzda müəllim və məktəbin psixoloqu koronavirusa yoluxdu
Baku.ws-in verdiyi məlumata görə, Habil Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta məktəbinin ədəbiyyat müəllimi və onun həyat yoldaşı, Cavanşir Sadıqov adına Qədirli tam orta məktəbinin psixoloqu işləyən qadın COVİD-19 virusuna yoluxub.
Hazırda hər iki təhsil işçisi karantinə alınıb və onların müalicəsi ev şəraitində davam edir.
Qeyd edək ki, Tovuz rayonunda bir neçə gün öncə daha bir məktəbin iki şagirdində COVİD-19 virusu aşkar edilmiş və sinif fəaliyyətini dayandırmışdı.