Rusiyalı iş adamı Nyu-Yorkun yeni meri ola bilər – FOTO
- 26-02-2021, 09:00
- Dünya
ABŞ vətəndaşı olan rusiyalı iş adamı Vitali Filipçenko Nyu-York şəhərinin meri ola bilər.
Bu barədə RTVi telekanalı məlumat yayıb.
Məlumata əsasən, 15 il öncə Rusiyanın Tomsk şəhərindən ABŞ-a köçmüş V.Filipçenko Nyu-York şəhərinin mer seçkilərində öz namizədliyini irəli sürməyə hazırlaşır. O, bitərəf namizəd kimi seçkilərə qatılmağı düşünür.