Yerevandakı Azadlıq meydanında Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən siyasi və ictimai qüvvələrin mitinqi keçirilir.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, mitinqi "Vətənin xilası hərəkatı" adlanan ictimai təşəbbüs təşkil edib.
Hərəkata 10-dan çox siyasi partiya daxildir. Artıq mitinqə qoşulanlardan xeyli saxlanılanın olduğu bildirilir…
Bugünkü mitinqlə bağlı razılıq fevralın 4-də və 15-də eks-prezidentlər Serj Sarkisyan, Robert Koçaryan, "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyan, müxalifətin vahid namizədi Vazgen Manukyan, "Vətən" partiyasının sədri Artur Vanetsyan və "Daşnaksütyun" partiyasının Ali Şurasının üzvü İşxan Saqatelyanın Yerevanda keçirdikləri görüşdə əldə olunub.
Qarabağda atəşkəs haqqında Ermənistan baş naziri, Azərbaycan və Rusiya prezidentləri arasında 10 noyabr bəyanatı imzalandıqdan sonra Ermənistanda Nikol Paşinyan hökumətindən istefa verməyi tələb etməyə başlayıblar.
Ermənistan çalxalanır - Yerevandakı mitinqdə saxlanılanlar var..
- 20-02-2021, 15:44
- Dünya