Ermənistanın paytaxtı Yerevanın “Respublika” meydanında hakimiyyətin dəyişməsi tələbilə aksiya keçirilir.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.
Bildirilib ki, etiraz aksiyasında müxtəlif siyasi partiyaların nümayəndələri, ictimai xadimlər və fəal vətəndaşlar iştirak edir.
Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın və hökumətin istefasını istəyir, bununla bağlı şüarlar söyləyirlər.
Yerevanda Paşinyanın istefası tələbilə aksiya keçirilir
- 28-01-2021, 16:10
- Dünya