Paşinyan silah şöbəsinin rəisindən keçmiş “baş çekist”ə qarşı istifadə etmək niyyətindədir
- 4-08-2020, 16:03
- Siyasət
Ermənistan hakimiyyətinin siyasi opponentlərə qarşı təqibləri, təzyiqləri davam edir.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) Silah şöbəsinin rəisi Artak Torosyan saxlanılıb.
Ondan sabiq MTX rəisi və müxalif “Hayrenik” partiyasının sədri Artur Vanetsyana qarşı yalan şahidlik etməsi tələb olunub.
Ermənistanın “Hraparak” qəzeti yazır ki, A.Vanetsyan qanunsuz silah saxlamaqda ittiham olunur. Lakin məsələnin absurd olması ordan irəli gəlir ki, həmin silah MTX anbarında tapılıb.
MTX-nın sabiq rəisi A.Vanetsyan bildirib ki, son səkkiz ay ərzində fəal siyasi fəaliyyətini dayandırmaq üçün hakimiyyət ona qarşı cinayət təqibini hər vasitə ilə həyata keçirir.
Hüquq müdafiəçisi Arsen Babayan yazıb ki, A.Vanetsyana qarşı siyasi təqib həyata keçirilir.
Ermənistanın baş naziri Nikol Paşinyanın əl altındakı hüquq-mühafizə sistemi uzun müddətdir bir şeyi sübut edir: onun əsas funksiyası müxalif siyasi qüvvələrin nümayəndələrini sifariş əsasında təqib etməkdir.
İctimai fəallardan biri, Ermənistanda tez-tez aksiyalar təşkil edən Manuel Manukyanın təşəbbüsü ilə bir illik kredit fasiləsini tələb edən onlayn aksiya başladılıb.
İctimai fəal Manuel Manukyan yazır ki, Ermənistanda demokratiya, azadlıq, söz azadlığı, sərbəst toplaşma azadlığı, insanların şikayət etmək hüququ yoxdur.
Xatırladaq ki, A.Vanetsyan 2019-cu ilin sentyabrında MTX rəisi vəzifəsindən istefa verib.
O, istefasından sonra bəyanatla çıxış edərək, bu vəzifədə qalmasını “zabit şərəfi ilə uyğun gəlməyən” məsələ adlandırıb.
Eyni zamanda, istefasının “ayıldıcı mesaj” olduğunu vurğulayıb.
Bundan sonra onunla baş nazir Nikol Paşinyan arasında siyasi qovğalar başlayıb.