Əliyev bunu tələb edə bilər - Ermənistanı ÇALXALAYAN AÇIQLAMA
- 9-02-2021, 11:39
- Dünya
“İlham Əliyev 5 ildən az bir müddətdə Qarabağdan sülhməramlıların geri çəkilməsini tələb edə biləcək”.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin 9 fevral tarixindəki iclasında Parlaq Ermənistan partiyasının millət vəkili Taron Simonyan parlamentin sədri Ararat Mirzoyana müraciətində deyib.
“4 il 8 ay 19 gün 12 saat ərzində Azərbaycan Prezidenti məlum kədərli açıqlamaya əsaslanaraq, rus sülhməramlılarının Qarabağdan çəkilməsini tələb edə bilər. Hadisələrin bu istiqamətdə inkişafına hazırlaşmaq üçün bu zaman kifayətdir. Ancaq indi parlamentə təklif olunan gündəliyə baxıram və yalnız 16 məsələ görürəm. Qarşılaşdığımız çətinliklərə adekvat olacaq ən azı bir məsələ tapmaq istəyirəm, amma burada belə bir məsələ yoxdur”.
Taron Simonyanın bu açıqlaması hakim “Mənim addımım” blokunda tənqid və etirazlara səbəb olub.
Xatırladaq ki, 10 noyabr 2020-ci ildə imzalanan Qarabağla bağlı atəşkəs bəyanatına əsasən, münaqişə tərəflərindən birinin tələbi əsasında bölgəyə yerləşdirilən Rusiya sülhməramlıları çıxarıla bilər.