Ermənistanın iqtidar rəsmisi müdafiə nazirinin istefasını tələb etdi
- 18-11-2020, 08:33
- Dünya
Ermənistan ordusunun və silahlı qüvvələrinin məsul şəxslərinin Qarabağ müharibəsindəki cəzasızlığı ölkənin təhlükəsizliyi üçün böyük təhdidə çevriləcək.
''Report'' Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu hakim “Mənim addımım” partiyasının üzvü, Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komissiyasının sədri Andranik Koçaryan deyib.
Koçaryanın fikrincə, Qarabağ müharibəsində səhvlərə yol verdiklərinə görə, Ermənistanın müdafiə naziri və silahlı qüvvələrin məsul şəxslərinin istefa verəcəkləri gözlənilirdi. "Dərhal istefa verməmələri, etdiklərindən tamamilə xəbərsiz olduqlarını və bu uğursuzluğun gələcəkdə bizi hara aparacağını göstərir. Bu şəxslər cəzasız qalsalar, orduda bənzər hadisələrin baş verməsi davam edəcək, həm də bu, Ermənistanın təhlükəsizliyi üçün ciddi təhdidə çevriləcək”, - o deyib.
Müdafiə Nazirliyinin bəyanatına münasibət bildirən Koçaryan qeyd edib ki, bu güc strukturu uydurulmuş və populist bəyanatlarla çıxış etməməlidir. O, həmçinin qeyd edib ki, tezliklə parlamentin aprel döyüşləri ilə bağlı araşdırma komissiyasının nəticəsi dərc ediləcək. Deputat vurğulayıb ki, aprel uğursuzluğunun nəticələri bu gün də aktualdır.