Putin: Stalin Hitlerlə görüşüb rüsvay olmadı
- 19-06-2020, 14:55
- Siyasət
İosif Stalin bir çox avropalı liderlərdən fərqli olaraq Adolf Hiterlə görüşüb özünü rüsvay etmədi.
Azad Səs-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putin yeni yazdığı “İkinci Dünya müharibəsinin 75-ci ildönümünün gerçək dərsləri” adlı məqaləsində bu barədə bildirib. Məqalə iyunun 18-də ABŞ-ın “The National Interest” nəşrində dərc edilib.
V.Putin müharibənin başlama səbəbləri, müxtəlif ölkələrin savaşın ilkin mərhələsindəki fəaliyyəti və Molotov-Ribbentrop sazişi barədə mülahizələrini qələmə alıb.
Vladimir Putinin fikrincə, İkinci Dünya müharibəsinə görə bütün aparıcı ölkələr məsuliyyət daşıyır: “Nasistlərin xarici işlər naziri Ribbentropun Moskvaya ikigünlük səfərini İkinci Dünya müharibəsinin əsas səbəbi olduğunu iddia etmək ədalətsizlikdir. Bütün aparıcı ölkələr müəyyən dərəcədə buna görə məsuliyyət daşıyırlar. Onların hər biri təkəbbürlə digərlərini aldada biləcəyi, özü üçün birtərəfli üstünlük qazanacağı və ya qarşıdan gələn dünya faciəsindən kənarda qala biləcəyini düşünərək həlledici səhvlər ediblər”.