Soyludan ŞOK AÇIQLAMA: Türkiyədə növbəti dövlət çevrilişi...
- 8-01-2021, 13:27
- Dünya
“Biz hər zaman çətinliklərlə qarşılaşdıq, amma bu gün ətrafımızda dövlətimizə qarşı başqa bir tələ ilə üz-üzəyik”.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Boğaziçi Universitetində baş verən olaylarla bağlı çıxışında deyib.
Nazir sözlərinə belə davam edib: “Müxtəlif donlar altında demokratiyanı “Troya atı” kimi istifadə edərək qurulan tələlər dövlətimizin hörmətini, etibarını, birbaşa dövlətin özünü hədəf alan, millətin dövlətinə olan sevgisini, sədaqətini, inancını hədəfləyən çoxcəbhəli hücumla qarşı-qarşıyayıq. Buradan soruşmaq istəyirəm: bir siyasi partiya sədrinin universitetdəki rektor təyinatında oranın qarşısına terrorla əlaqəli militantları ilə birgə gələnlərin içində nə işi var? Bu ölkə çox maneə aşdı, çox çətinliklər gördü. Bu tip terrorçu ruhlu insanları da, ölkənin dincliyini pozmaq istəyən siyasiləri də çox gördü. Amma bu tələyə bu ölkə bir daha düşməz. Vandallar kimi universitetin qapısını qırdılar. Ora elm yuvasıdır”.
S.Soylu yaxın tarixdə Türkiyədə dövlətə qarşı təşkil edilən təxribatları xatırladıb: “16 böyük dövlətimizlə bu coğrafiyada mövcud olmağı özünə namus, qürur bilən övladlarıq. Ortaya nə qoyurlarsa qoysunlar, 15 iyul, 17-25 dekabr dövlət çevrilişinə cəhdlər, Gəzi parkı hadisələri, 28 fevral olaylarında bunu bacarmadılar. PKK, PYD, KCK, İŞİD, FETÖ ilə bacarmadılar. Bilməlidirlər ki, biz bu coğrafiyanın və dünyanın ən güclü ölkələrindən biri olacağıq. Bu ölkənin gündəmini haraya aparmağa çalışdıqlarını, nə hazırladıqlarını bilirik”.
Qeyd edək ki, universitetin tələbələri Ədalət və İnkişaf Partiyasından deputatlığa namizəd olmuş professor Melih Bolunun rektor təyin edilməsinə etiraz olaraq aksiyalar keçirir. Aksiyaya Cümhuriyyət Xalq Partiyasından Canan Kaftancıoğlu da qatılmışdı.