Türkiyədən acı xəbər gəldi: 3 nəfər ölüb,xeyli sayda itkin var
- 23-08-2020, 10:04
- Hadisə
Türkiyənin Giresun vilayətində baş verən sel sularından 3 nəfər ölüb. Oxu24.com - un xəbərinə görə, bunu Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib. Bundan başqa, ümumilikdə 40–dək insanın da həyatının təhlükədə olduğunu bildirən S.Soylu xilasedici heyətin onları xilas etməyə çalışdığını söyləyib. Qeyd edək ki, avqustun 22-i yerli vaxtla saat 15.00-dan Giresunun Dereli rayonunda başlayan leysan yağışları nəticəsində Aksu çayı daşıb, sel və sürüşməyə yol aşıb.