azadses.az » Dünya » Ermənistan müharibəyə hazırlaşır - Hər yerdə elan verilir... / AÇIQLAMA

Ermənistan müharibəyə hazırlaşır - Hər yerdə elan verilir... / AÇIQLAMA

"Ermənistanda vəziyyət yaxşı deyil, qarşıdurma getdikcə güclənir. Paşinyan istefa vermək istəmir, parlament seçkilərinin yenidən keçirilməsini tələb edir. Amma ona qarşı qüvvələr çox aqressivdir. Qorxurlar ki, parlament seçkiləri zamanı Paşinyan saxtakarlığa yol versin və yenidən seçilsin. Paşinyan iddia edir ki, bəyanatı imzalamasaydı, bütün Ermənistan məhvə doğru gedəcəkdi".

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında BDU-nun Erməni araşdırmaları elmi tədqiqat və tədris Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi Ermənistandakı vəziyyət haqqında danışarkən deyib.

Onun sözlərinə görə, hazırda Zəngəzur zonasında bir neçə kəndin Azərbaycanın nəzarətinə keçməsini ermənilər çox pis qarşılayırlar:

"Demək olar ki, yeni müharibə təhlükəsi mövcuddur. Ermənistanda məsələ qaldırılıb ki, müharibədən əvvəl, təxminən 2 milyard dollara qədər Paşinyan Rusiyadan əvəzi ödənilmədən silah alıb. Ordumuz döyüşdə bu silahların bir qismini məhv etdi, qalanını qənimət olaraq götürdü.

Əvəzini çıxmaq üçün Ermənistan rəhbərliyi diaspordan pul toplamaq istəyir. Moskvadan Samir Arutunyan diaspora 5 milyon dollar pul göndərib. Erməni diasporu isə Paşinyan hakimiyyətdə olduğu müddətdə pul vermək istəmir. Onlar gözləyirlər ki, Paşinyanın yerinə bir namizəd olsun. Lakin hələ elə bir namizəd tapa bilmirlər”.

İsmayıl Tanrıverdi bildirib ki, düşmən tərəf yenidən müharibəyə hazırlıqlar görür: "Yeni "Gələcək əsgər" adlı dərnək yaradıblar. Bu dərnəyə 10 yaşından 17 yaşınadək erməni uşaqları cəlb olunur. Dərnəyə İrəvandan 60-a yaxın könüllü gəlib. Komandirlərinə dünən sual veriblər ki, dərnəyin fəaliyyəti necə olacaq? Cavabında isə müharibəyə hazırlaşdıqlarını deyib. Bütün Ermənistana dərnəklə bağlı elanlar verilir, xərcləri diaspor qarşılayır. Burada ən vacib məsələ odur ki, dərnəyin fəaliyyətində əlbəyaxa döyüş fəndləri ilə yanaşı, Azərbaycan dili də öyrədilir”.

İsmayıl Tanrıverdi rus sülməramlılarının regiondakı davranışlarına da diqqət çəkib: "Rusiya sülhməramlılarının davranışları Türkiyəni qıcıqlandırır. Hulusi Akar da buna çox ciddi reaksiya verib. Ermənilər rus sülhməramlılarını ələ almağa çalışırlar. Məsələn, rus əsgərləri mağazadan nəsə alanda onlardan ödəniş tələb etmirlər. Yanvarda rusların erməniləri təbrik etməsi də bizdən çox türkləri qıcıqlandırdı.


Erməni katalikosu rus sülhməramlılarına rəhbərlik edən Rüstəm Muradovu Alban kilsəsinə apararaq, oranı erməni kilsəsi kimi təqdim etdi.

Guya ordumuzun müharibədə Xankəndinə hücum etdiyini deyərək, özləri şəhərin ətrafını minalayıblar. İndi həmin minaları rus əsgərlərinə təmizlətməyə çalışırlar. Ruslardan da bunun üçün xüsusi minatəmizləyən qruplar gətirilib. İlk gün 60 nəfər deyilsə də, sayları getdikcə çoxalır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  2. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  3. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  4. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  5. Bakıda yol qəzası olub, xəsarət alan var
  6. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  7. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  8. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  9. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  10. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı