Rəşad Mahmudov: “Hər birimizi çox çətin günlər gözləyir”
- 19-11-2020, 12:34
- Cəmiyyət
Koronavirus xəstəliyinin yayılma sürəti və günlük yoluxma sayına baxdığımız zaman deyə bilərik ki, gələcək aylar, hətta qış ayları daxil olmaqla dünya ölkələrində və eləcə də ölkəmizdə bu mübarizədə hər birimizi çox çətin günlər gözləyir.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, bununla yanaşı son zamanlar yoluxmuş insanlar arasında daha əvvəlki zamanlarla müqayisədə ağciyər zədələnməsindən əlavə olaraq qan-damar sisteminin tutulması, qan dövranı başda olmaqla ətraflarda, xüsusilə mikrosirkulyasiya səviyyəsində tutulmalar, eləcə də hematopoetik sistemin təsirlənməsinə baglı laxtalanmanı tənzimləyən mexanizmlərin pozulması daha çox müşahidə edilməyə başlayıb:
“Artıq günlük təcrübələrdə də həkimlərimiz bu fəsadlarla daha çox qarşılaşırlar. Qısası onu deyə bilərəm ki, COVİD-19-un ilkin simptomlarının başladığı mərhələdə bəzən düzgün olmayan yanaşmalar ürək-damar sistemi tutulmasını getdikcə daha da artırır. Təəssüf olsun ki, belə fəsadlar bu xəstəliyin mübarizəsində səhiyyə işçiləri, həkimlər və eləcə də xəstələr üçün çox böyük çətinliklər yaradır.
Yoluxmanın miqdarı bu şəkildə artmağa davam edərsə, nəticədə nəinki mürəkkəb, ağır, fəsadlı xəstələr, hətta orta riskli olub, sadəcə oksigen müalicəsi ilə düzələ biləcək şəxslərə tibbi xidmətin əl çatanlığını təmin etməkdə problemlərlə üzləşə bilərik. Hər bir şəxsin yaşından və sosial statusundan aslı olmayaraq, karantin rejimindən irəali gələn qayda-qanuna uyğun şəkildə davranması çox vacib şərtdir. Buna hamının əməl edib, lazımi tədbirlər görəcəyinə inanıram!”.