Naxçıvanda payızlıq əkin həyata keçiriləcək
- 27-11-2020, 15:56
- Cəmiyyət
Bu il Azərbaycanda 1037507 hektar sahədə payızlıq əkin aparılması proqnozlaşdırılır. Bu sahələrin 564793 hektarı suvarılan, 472714 hektarı dəmyə sahələrdir. 2020-ci ildə 61 rayonda və Naxçıvan Muxtar Respublikasında payızlıq əkin həyata keçiriləcək.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, noyabrın 27-dək proqnozlaşdırılan əkin sahələrinin 87 faizində faktiki şum aparılıb, 678616 hektar sahədə isə səpin işləri həyata keçirilib. Cari tarixədək fermerlər tərəfindən 421379 hektar sahədə buğda, 257237 hektar sahədə arpa səpilib.
Əvvəlki illərlə müqayisədə 2020-ci ilin payızlıq əkinlərində fermerlər sertifikatlı toxumdan istifadəyə daha çox üstünlük verirlər. Bu günədək aparılan səpin zamanı 137608 ton sertifikatlı toxumdan istifadə olunub. Bunun 97653 tonu buğda, 39955tonu arpa toxumudur.
Artıq 19 rayonda payızlıq əkinlərlə bağlı şumlama prosesi tam başa çatıb, 23 rayonda isə faktiki şum göstəricisi 90 faizin üzərindədir. Əvvəlki illərdə olduğu kimi bu il də ən çox taxıl əkininin Cəlilabad (70220 ha) və Şəki (67000 ha) rayonlarında aparılacağı proqnozlaşdırılır. Kürdəmir (45000 ha), Neftçala (43000 ha), Şamaxı (42000 ha), Füzuli (37000 ha), Ağsu (35380 ha), Biləsuvar (33000 ha), Hacıqabul (33000 ha), Qobustan (32000 ha), İsmayıllı (30000 ha), Ağcabədi (28324 ha) və Sabirabad (25300 ha) rayonları ən çox taxıl əkini aparılması proqnozlaşdırılan rayonlar sırasındadır. Ölkə üzrə payızlıq taxıl əkinlərinin təxminən 50 faizi bu 13 rayonun payına düşür.
Bu il Naxçıvan Muxtar Respublikasında ümumilikdə 36880 hektar sahədə payızlıq taxıl əkini nəzərdə tutulur.
Payızlıq əkinlərlə əlaqədar şum işləri və taxıl səpininin gələn ayın ortalarında yekunlaşması gözlənilir.