Azərbaycanda geyim mağazaları, gözəlik salonları, bərbərxanalar, restoranlar bağlanır?
- 24-11-2020, 14:03
- Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, yoluxanları sayı artıq 3000-ni ötüb. Yoluxma və ölüm sayı artığına görə həftəsonları aptek və marketlərdən başqa gözəlik salonları, bərbərxanalar, geyim mağazaları, kafe və restoranların fəaliyyətinə məhdudiyyət qoyulur. Yoluxma sayı artmaqda davam edərsə bu məhdudiyyətlər həftə içi də tədbiq edilə bilərmi?
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, dosent Ədalət Rüstəm bildirib ki, gözəlik salonları, bərbərxanalar, kafe və restoranlar həftə sonları işləməsə də digər günlərdə işlədiyi üçün yoluxma mənbəyi kimi qalır: "Ona görə də bir müddət apreldəki kimi bu müəssisələrin fəaliyyətin məhdudiyyət qoyulmalıdır. Apreldəki karantin rejiminə qayıtmaq lazımdır. Çünki həmin dövrdə yoluxma sayı 70-ə qədər düşmüşdü. Əgər yoluxma mənbələri hesab olunan müəssisələr bağlanmasa və belə intizamsızlıq olarsa, yoluxma sayı 5000-nə hətta 7000-nə qədər yüksələ bilər. Gürcüstanda yoluxma sayı 4000-ni keçdi. Xəstəlik 2021-ci ildə də davam edə və yanvarda bizdə 2-ci dalğa başlaya bilər. Əslində bu gün biz birinci dalğanın pik həddini yaşayırıq. Çünki birinci dalğanın bitməsi üçün yoluxma sayı 10-15 olmalıdır. Amma bizdə birinci dalğa bitməyib. Hesab edirəm ki, yoluxma dinamikası davam edərsə, geyim mağazaları, gözəlik salonları, bərbərxanalar bağlana bilər".