azadses.az » Cəmiyyət » Bu tarixdə iri ticarət mərkəzləri açıla bilər — AÇIQLAMA

Bu tarixdə iri ticarət mərkəzləri açıla bilər — AÇIQLAMA

Azərbaycanda koronavirusa görə tətbiq olunan karantin rejimində mərhələli şəkildə yumşalmalarla bağlı Operativ Qərargah tərəfindən qərarlar verilməkdədir. Sonuncu qərara əsasən sentyabrın 8-dən kafe və restoranlar əvvəlki qaydada fəaliyyət göstərəcəklər. Bundan əlavə şəxsi avtomobillə rayonlara gediş-gəliş bərpa olunub. Növbəti yumşalmada iri ticarət mərkəzləri, "Mallar”ı açıla bilərmi?
 
Bununla bağlı KONKRET.az-a danışan deputat Ramil Həsən bildirib ki, cənab İlham Əliyevin verdiyi operativ və xüsusi təlimatlar nəticəsində koronavirusla bağlı əldə etdiyi müsbət nəticəyə görə Azərbaycan ilkin yerləri tutmaqdadır:
"Əlbəttə ki, sevindirici haldır ki, həyata keçirilən qabaqlayıcı tədbirlər nəticə etibarı ilə müəyyən təsirləri göstərməkdədir. Bu müsbət nəticələri nəzərə alan Operativ Qərargah karantin rejimində müəyyən hissə-hissə yumşalmalara getməkdədir. Koronavirusun dünyadan silinmədiyi müddət çərçivəsində yavaş-yavaş normal həyatımıza qayıdılması üçün müəyyən addımlar atılmaqdadır. Ən doğru atılan addımlar ondan ibarətdir ki, proseslər tədricən, hissə-hissə baş verməkdədir. Bunda da əsas məqsəd insanlarımızın alışması, ciddi təhlükə ilə üz-üzə qalmamasıdır. Əvvəl 5 nəfərin açıq havada gəzməsinə icazə verilirdisə, artıq bu rəqəm 10-a qaldırılıb. Kafe və restoranlar da əvvəlki qaydada işləyəcəklər. Bütün bu atılan addımlar vətəndaşlarımızın təhlükəsizliyini həyata keçirmək üçündür. Vətəndaşlarımız nə qədər çox məsuliyyətli olarsa, bu iri ticarət mərkəzlərinin, idman salonlarının və digər qapalı yerlərdə fəaliyyət göstərən müəssisələrin tez açılmasına gətirib çıxara bilər. Bu müəssisələrin fəaliyyətə başlaması tək Operativ Qərargahdan asılı deyil. Həm də vətəndaşlarımızın qoyulan qaydalara və verilən tövsiyələrə əməl etməsindən asılıdır”.
Ramil Həsən fikrini belə tamamlayıb:
"Dəyərli vətəndaşlarımıza deputat kimi məsləhətim odur ki, qoyulan qaydalara bundan sonra da əməl etsinlər ki, müsbət tendensiya davam etsin. Ölüm halları ümumiyyətlə olmasın, yoluxanların sayı azalsın, sağalanlar isə çoxalsın. Belə olan halda da iri ticarət mərkəzləri, "Mallar” və digər qapalı məkanlarda fəaliyyət göstərən müəssisələr fəaliyyətə başlaya bilər”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  2. Bakıda yol qəzası olub, xəsarət alan var
  3. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  4. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  5. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  6. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  7. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  8. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  9. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  10. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”