Milli Qəhrəman Allahverdi Bağırovun xanımından AÇIQLAMA
- 22-11-2020, 15:29
- Cəmiyyət
“Ağdamdakı ağ evləri hələ də xatırlayıram. Çox gözəl mənzərələr var idi. Ermənilər oranı viran qoyublar. Torpağıma qayıdanda evimi, Allahverdinin məzarını necə tapacağımı bilmirəm” .
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, "Qarabağ" futbol klubunun keçmiş baş məşqçisi Allahverdi Bağırovun həyat yoldaşı Validə Bağırova deyib. Şəhid xanımı əvvəlcə Azərbaycan xalqını tarixi zəfər münasibəti ilə təbrik edib. Ordumuz var olsun, bizə qələbə sevinci yaşatdı. Şəhidlərimizə Allah rəhmət etsin. Prezidentimizin Ağdamın azad edilməsi ilə bağlı çıxışını görəndə çox sevindik. Ağdamın igidi, sərkərdəsi Allahverdi Bağırov neçə ilər çalışıb vuruşdu, bu yolda çox böyük əziyyətləri oldu. Xocalı faciəsi zamanı misilsiz xidmətləri göstərdi. Əsirlərin dəyişdirilməsində, rəhmətə gedənlərin doğmalarına qaytarılmasında böyük köməklik etdi. Gecə -gündüz Ağdam məscidində otururdu. Ağdamdakı restoranında əsirləri qəbul edərdi. Onları yeməklə təmin edəndən sonra ailələrinə təhvil verərdi".
Şəhid xanımı bildirib ki, A.Bağırov göstərdiyi şücaətə görə polkovnik rütbəsinə, general Məhəmməd Əsədov adına mükafata, Azərbaycanın Milli Qəhəmanı adın layiq görülmüşdü. Təəssüf ki, bu gün yanımızda yoxdur. Sağ olsaydı, indi çox sevinərdi. Evimizdə böyük bir bayrağımız var. O bayrağı götürüb Ağdama gedəcəyik. Allahverdinin məzarını tapıb ziyarət edəcəyik. “Gözün aydın, biz qayıtdıq. Torpağın azaddır” deyəcəyik. Ancaq ermənilər qəbiristanlıqları belə dağıdıblar. Onun məzarını necə tapacağımı bilmirəm.
Allahverdinin yaratdığı “41-45” abidəsinin içində Xocalı şəhidləri dəfn edilmişdi. Rəhbərlik etdiyi batalyonun əsgərlərinin məzarları da orada idi. Birinci sırada Allahverdinin məzarı yerləşdirdi. Oranı ziyarət edərdim. Kaş Allahverdi sağ Milli Qəhrəman olardı. Onların batalyonu bir gündə 5-7 kəndi azad edirdi. Aranzəmin, Naxçıvanik, Pircamal kəndləri uğrunda döyüşürdülər. Çox böyük əraziləri azad etmişdilər. Şuşaya çatmağa az qalmışdı. Amma qismət olmadı".
Validə Bağırova Ağdamdakı evini xatırlayaraq deyib: "Üç mərtəbəli evimiz vardı. Allalhverdi 16 otaq tikdirmişdi. İnanmıram ki, evimiz salamat qala. Çoxdan söküb satıblar. O cür gözəlliyi məhv ediblər. Ağdam ağ ev deməkdir. Ağ evlərdən ibarət mənzərəli yerlər var idi. Çay evini görmək istərdim, təəssüf ki, onun yerində yanmış məftillər qalıb. Vaxtilə oradakı univermağa gedərdik. Qızlarım da Ağdamı xatırlayır, azad olunmasına çox sevinirlər. Yenidən oraları tikib quracağıq”.Azvision