Azərbaycanın Türkiyədəki səfirliyi azərbaycanlı tələbələrə çağırış etdi
- 1-04-2020, 12:37
- Cəmiyyət
Türkiyədə də koronavirus pandemiyası ilə bağlı həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması səbəbindən burada yaşayan bəzi Azərbaycan vətəndaşları, xüsusilə də öz hesabına Türkiyədə təhsil alan tələbələrimizin müəyyən bir qismi məişət və inzibati zəminli müxtəlif problemlərlə üzləşib.
Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.
Bildirib ki, hazırkı vəziyyətin davam etdiyi şəraitdə (iki ölkə arasında hava və quru yolu ilə səfərlər bərpa olunanadək) yaşayış yerindən çıxarılmış və ya qida təminatı ilə bağlı ciddi sıxıntı ilə üzləşmiş vətəndaşlara (müfaviq təsdiqedici sənədlər təqdim olunmaq şərti ilə) müvəqqəti dövr ərzində yardım edilməsi imkanları nəzərdən keçirilir.
Bunun üçün aidiyyəti vətəndaşlardan keçid vasitəsilə zəruri məlumatları doldurmaqla müraciət etmələri xahiş olunur.
Azərbaycanın Türkiyədəki Səfirliyində müraciətlər təhlil olunduqdan sonra yardıma ciddi ehtiyacı olan vətəndaşlarla əlaqə saxlanılacaq və ehtiyacdan asılı olaraq onlar üçün Türkiyə Respublikasında hazırda olduqları ərazidə yaşayış yeri və (və ya) gündəlik qida təminatının təşkil edilməsi imkanlarına baxılacaq.