Sərt karantin rejimi ilə bağlı AÇIQLAMA
- 13-11-2020, 17:11
- Cəmiyyət
Yoluxma sayının artmasına yeganə səbəb əhalinin özünü qorumamasıdır. Dəfələrlə deyilib, yenə də təkrar olunur, amma əhali yalnız ailəsində kimsə virusa yoluxduğu zaman onun varlığına inanmağa başlayır. Bizim ən böyük şücaətimiz ordumuzun qalib gəlməsidir. Hazırda sevincimizin həddi-hüdudu yoxdur. Əhali ikinci düşmənə qarşı mübarizəni davam etdirməlidir.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu fikirləri tibb elmləri doktoru, professor İbadulla Ağayev deyib.
Onun sözlərinə görə, vətəndaşların məsuliyyətsiz yanaşması həkimlərin işini çətinləşdirir:
"Mübarizə tədbirləri dəfələrlə qeyd edilib. Bu, bəzilərində ikrah hissi yaradır, nə qədər demək olar? Bəli, siz tam dərk etməyənə qədər biz bunu deyəcəyik. Xahiş olunur, tələb olunur, vətəndaşların sağlamlığı ölkənin müdafiə qüdrəti deməkdir. Əhalisi sağlam olan ölkənin ordusu da güclü olur, hər işi də qaydasında gedir.
Mən yenə də əhalidən xahiş edirəm, adi maskadan istifadə etmək nədir ki, siz bunu etmirsiniz? Dezinfeksiya tədbirləri nədir ki, buna riayət etmək istəmirsiniz? Əgər insan özü özünü qorumasa heç bir həkimin müdaxiləsi onu qorumayacaq. Elə səviyyəyə gətirib çıxarırlar ki, artıq həkim müdaxiləsi üçün gec olur.
Uzun illər əvvəl böyük şairlərimizdən biri Əbdürrəhman Cami deyirdi ki:
"Xəstəlik törədən amilləri sən,
Çalış ki, özündən kənar edəsən".
Bəs vətəndaşlar niyə buna əməl etmir? Hər bir insanın özünün ağıl səviyyəsi var. Amma həkimlərə qulaq asmaq daha ağıllı olardı. Mən heç kimə xəstəlik arzu etmirəm. Xəstələnən şəxs bilavasitə özü buna təqsirkardır. Heç bir səhiyyə müəssisəsi, heç bir həkimin burada günahı yoxdur. Hər insan öz sağlamlığının qeydinə özü qalsın".
İbadulla Ağayev bildirib ki, hazırkı vəziyyətdə sərt karantin rejiminə ehtiyac yoxdur: "Xəstəlik yalnız epidemik həddi aşdığı zaman bunu etmək olar. Səhiyyə sistemi hazırda xəstəliklə mübarizə aparır. Bir rayonda 20 min əhali varsa, bunun 10 mini yoluxarsa, epidemik həddir. Hazırkı yoluxma ölkə üzrə hüdud daxilindədir. Müəyyən vaxtdan sonra xəstələnmələrin sayı azalacaq. Elə edək ki, bu mübarizədə qalib gələk".Teleqraf