“Nilayın 6 gün sonra ad günü olacaq, hər gün ana-atasını istəyir”
- 14-10-2020, 15:31
- Cəmiyyət
Oktyabrın 11-nə keçən gecə işğalçı ermənilər tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində 2 yaşlı Nilay Əliyeva da yetim qalıb. Həmin gecə qızın ata-anası Ermənistan silahlı qüvvələrinin atdığı raketlə dağılan evlərin dağıntıları altında qalıb. Nilayın atası Adil və nənəsi Afaq hadisə yerində vəfat edib, anası Günay isə 3 saat sonra dağıntılar altından çıxarılıb. Həkimlərin bütün səylərinə baxmayaraq hamilə olan qadının həyatını xilas etmək mümkün olmayıb.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Anadolu” agentliyinin müxbirləri Əliyevlərin yaxın qohumları ilə görüşüblər.
Uşağın xalası Rəna Quliyeva bildirib ki, dəfn günü Nilayı sakitləşdirməyə çalışıb.
“Nilayın 6 gün sonra ad günü qeyd ediləcəkdi. Lakin indi yanında nə anası, nə də atası var. O mütəmadi ağlayır və valideynlərini istəyir. Sakitləşdirməyə çalışırq, deyirik ki, anan tezliklə gələcək...”.
Uşağın dayısı Əli Əhmədov bildirib ki, Nilay başqa bir otaqda yatdığı üçün ölümdən xilas olunub.