azadses.az » Cəmiyyət » “Azərişıq” 1088 kənar xəttdən istifadə aşkar etdi

“Azərişıq” 1088 kənar xəttdən istifadə aşkar etdi

Cari ilin yanvar - avqust aylarında “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən Bakı və regionlar üzrə 1088 kənar xəttdən istifadə və xüsusi qurğular ilə 12 müdaxilə faktı qeydə alınıb. ''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, beləliklə itirilmiş enerjinin miqdarı 14 884 492 kVts həcmində olub.

Bu isə 1 406 227 manat deməkdir. Oğurluq faktları ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. Bundan sonra da belə hallar baş verdiyi təqdirdə yenə də hüquq mühafizə orqanlarına müraciət olunacaq.

Hər bir istehlakçı bilməlidir ki, Uçot komplektinə müdaxilə üsullarının müxtəlif olmasına baxmayaraq, bu gün, aşkarlanmayan qüsur yoxdur.
Belə ki, “Azərişıq” ASC tərəfindən quraşdırılan müasir sayğaclar rəqəmsal olmaqla yanaşı, yük dinamikasına nəzarət funksiyasını və digər əlavə müdaxilə hallarını arxivləşdirən yaddaşa malikdir ki, bu da yerində müdaxilə hallarının aşkarlanması zamanı operativliyi təmin edir. Ayrıca qeyd etmək istəyirik ki, müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilmiş sayğac-test laborotoriyası və bu sahədə işləyən beynəlxalq şirkətlərdə ixtisaslaşmış peşəkar əməkdaşların olması belə halların dərhal aşkarlanmasını tam təmin edir.
Onu da qeyd etmək istəyirik ki, uçot işinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində “Azərişıq”ASC tərəfindən “Ağıllı Şəbəkələr” konsepsiyası çərçivəsində aparılan silsilə tədbirlər nəticəsində smart uçot cihazları və onların mərkəzləşdirilmiş idarəetmə sistemi, Avtomatik İdarəetmə və Nəzarət mərkəzləri ilə istənilən müdaxilə halı dərhal aşkar olunur, elektron qeydə alınır, aktlaşdırılır və bu kimi talançılıq faktları barədə hüquq-mühafizə orqanlarına müvafiq qaydada müraciətlər ünvanlanır.
Unutmayaq ki, elektrik enerjisi strateji məhsuldur, onun əldə edilməsi üçün əsas xammal – təbii sərvətlərimizdir. Hər bir vətəndaş, belə şəxslərin əməllərini ictimai qınaq predmetinə çevirməli, elektrik şəbəkələrinə icazəsiz qoşulma və ya elektrik şəbəkəsi obyektlərinin işinə müdaxilə etməsi haqda “Azərişıq” ASC-nin fasiləsiz fəaliyyət göstərən 199 Çağrı Mərkəzinə vaxtında məlumat verməli, bununla da sərvətlərimizin talanması hallarının, həmçinin müdaxilələr səbəbindən baş verə biləcək qəzaların qarşısını almağa kömək etməlidir.
“Azərişıq” ASC olaraq, qanunsuz yola baş vuran abonentlərə bir daha müraciət edirik, onları dövlət əmlakını mənimsəməkdən, oğurluq etməkdən çəkinməyə çağırırıq.
Onu da qeyd edək ki, kənar xətt və xüsusi qurğular vasitəsiylə enerji təchizatına qanunsuz müdaxilə edən şirkət və müəssisələrlə yanaşı MTK- lar
da var. Növbəti dəfə belə qanunsuz hallara yol verən, oğurluqla məşğul olanların siyahısı mediaya təqdim olunacaq.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  2. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  3. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  4. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  5. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  6. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  7. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  8. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  9. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  10. Şabranda evə basqın olub, ölən və yaralanan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”