Şəhidlərin şəkillərinin avtomobillərdən çıxarılmasının SƏBƏBİ AÇIQLANDI
- 9-09-2020, 10:47
- Cəmiyyət
Son günlər Bakıda və digər şəhərlərdə avtomobilinə şəhid hərbçilərimizin şəkillərini vuran sürücülər DYP əməkdaşları tərəfindən saxlanılmağa başlanılıb.
''Azad Səs'' BAKU.WS-ə istinadən xəbər verir ki, saxlanılan avtomobillərə baxış keçirilərkən onların üzərinə vurulan şəhidlərin şəkilləri çıxarılıb.
Məsələ həm sürücülər, həm də ictimaiyyətdə geniş müzakirə obyektinə çevrilib. Bəziləri DYP əməkdaşlarını qınayır, şəhidlərin şəkillərinin çıxrılmasını pisləyir, bəziləri isə bunu təqdir edir. Bəs, görəsən şəhid hərbçilərimizin şəkillərinin avtomobillərdən çıxarılmasının səbəbi nədir? Bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik.
Qurumun şöbə rəisi, polkovnik Kamran Əliyev BAKU.WS-ə bildirdi ki, bununla bağlı şəhid ailələrindən müraciətlər daxil olub: "Qəhraman şəhidimiz Mübariz İbrahimovun atası Ağakərim İbrahimov da Baş DYP İdarəsinə etdiyi müraciətdə gənc sürücülərimizin şəhidlərimizə olan sayğılarını, sevgilərini yüksək qiymətləndirib, lakin bəzi sürücülərin şəhid şəkilləri vurulmuş avtomobillərlə yol hərəkəti qaydalarının pozulmasının əleyhinə olduğunu və bunun yolverilməz olduğunu bildirib. Onun müraciəti təkcə öz oğlu ilə bağlı olmayıb. O, bütün şəhidlərimizin ruhuna ehtiramla, hörmətlə yanaşmağı xahiş edərək həmin şəkillərin avtomobilin gündə qorunan və ya tez-tez çirkab dəyən yerlərində deyil, salonda yerləşdirilməsini daha uyğun hesab edib.
Bakı şəhərində bu məsələ ilə bağlı müəyyən görüşlər keçirilib. Hesab edirik ki, şəhidlərimizin şəkilləri daha möhtərəm yerlərə vurulmalıdır. Avtomobillərin üzərində şəhidlərin şəkillərinin olması o demək deyil ki, sürücülər bundan sui-istifadə edirlər. Əfsuslar olsun ki, belə sürücülər də olur. Amma şəkillərin vurulması istəkdən irəli gələn məsələdir. Şəhidə hörmət əlaməti olaraq avtomobillərə o şəkillər vurulur. Bu qürurverici və təqdirəlayiq haldır. Nəzərə almaq lazımdır ki, sürücü özü bilmədən də qayda pozuntusuna yol verə bilər. İndi xüsusi texniki vasitənin köməyi ilə qayda pozuntuları aşkarlanır. Təsəvvür edin ki, qayda pozan bir avtomobilin fotosu çəkilir və onun üzərində şəhidin şəkli olur. Cərimə sanksiyasını nəzərdə tutan bir sənədin üzərində şəhidin şəklinin olması yaxşı hal deyil".