Keçmiş iş yoldaşları Çingiz Mustafayevin 60 illiyini qeyd etdilər
- 29-08-2020, 15:22
- Cəmiyyət
Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımını öz kamerası ilə çəkib dünyaya tanıdan məşhur tele-jurnalist Çingiz Mustafayevin avqustun 29-da 60 yaşı tamam olur.
33 yaşında namərd düşmənin həmləsinə tuş gələn Çingiz Mustafayev bu gün vaxtilə işlədiyi Şabran rayonunda da hörmətlə anılıb. Şabran rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru Nazim Həmidov deyir ki, Çingiz 1984-1987-ci illərdə o vaxtkı Dəvəçi, indiki Şabran rayon sanitar epidemiologiya mərkəzində həkim işləyib. Həmidovun sözlərinə görə, mərhum tele-jurnalistlə çox yaxın dost olub. İşdən kənar çox görüşlərinin olduğunu deyən Nazim həkim onun çox ürəyi yumşaq və vətənpərvərvər gənc kimi tanıdığını bildirib. O, Çingizin çox ürəyiyumşaq olmasına aid təsirli bir əhvalat danışdı: "Bir dəfə istirahət günü Çingizlə quş ovuna getmişdik. Səhər tezdən quşlara atəş açılanda düşən səs-küydən Çingiz çox narahat oldu. Yerdəki qaşqaldağa baxaraq" mən buradan gedirəm. Bu, nə parta-partdır, quşlara qənim kəsilmək olmaz",- dedi və oradan çıxdıq."
Çingiz Mustafayevin ad günü ərəfəsində keçmiş iş yoldaşı onun Şabran şəhərindəki xatirə barelyefini ziyarət edib, önünə gül dəstələri qoyub, ruhunu hörmətlə anıblar. Bildirilib ki, 33 yaşında şəhid olan Çingizin qısa, şərəfli həyatı bütün gənclərə gözəl nümunədir. Nazim Həmudov bu əhvalatı təsadüfən xatırlatmır. Deyir, onun Azərbaycanın qanuni torpaqlarını qanunsuz, qeyri-qanuni zəbt etmiş nankor erməni qonşularımıza nifrəti çox olub: "Görün, bu ürəyiyumşaq - bir quşun başının kəsilməsinə razı olmayan Çingizin ermənilərə nifrəti o qədər çox olub ki, özünü odun-alovun içərisinə atıb. Odun-alovun içərisində Xocalı faciəsinin dəhşətli görüntülərini çəkə bilib. Odun-alovun içərisində də şəhid oldu".