azadses.az » Cəmiyyət » BTQ-nin icraçı direktoru: Təzyiqlər heç bir halda təşkilatımızın fəaliyyətinə təsir göstərməyəcək

BTQ-nin icraçı direktoru: Təzyiqlər heç bir halda təşkilatımızın fəaliyyətinə təsir göstərməyəcək

Müstəmləkəçilik əsarəti altında olan regionlar Azərbaycana ümid qapısı kimi baxırlar.

Bunu BMT-nin Nyu-Yorkdakı qərargah binasında Afrika əsilli şəxslərin hüquqları üzrə ekspertlərin işçi qrupunun 35-ci sessiyasında iştirak edən Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov “Report”un ABŞ bürosuna açıqlamasında söyləyib.

A.Abbasov BTQ-nin ötən illər ərzində əldə etdiyi uğurlardan və müstəmləkəçilik siyasəti əsarəti altında qalan regionların azadlığı üçün həyata keçirdiyi layihələrdən danışıb: “BTQ 2023-cü ilin iyul ayında müstəmləkəçilik siyasəti əsarəti altında qalan regionların milli müstəqillik hərəkatlarının qərarı ilə yaradılmış beynəlxalq qeyri-hökumət təşkilatıdır. Təşkilatımız yarandığı gündən 20-dən çox beynəlxalq tədbir keçirib və hesabatlar dərc edərək aidiyyəti beynəlxalq təşkilatlara təqdim edib. Sonuncu dəfə BMT-nin İnsan Hüquqları Komitəsinə Yeni Kaledoniya və Fransız Polineziyasında baş verən hadisələrlə bağlı Fransanın müstəmləkəçilik siyasətinə dair hesabat hazırlayıb təqdim etdik. Bu hesabatdan sonra mən BMT-nin Cenevrədəki qərargahında çıxış etdim. Bunun nəticəsində BMT-nin İnsan Hüquqları Komitəsi son 10 ildə ilk dəfə olaraq Fransa hökumətindən hesabat tələb etdi. Fransa Yeni Kaledoniyada baş verən eskalasiya və Fransız Polineziyasında mövcud vəziyyətlə bağlı hesabat hazırlamaq, həmçinin Yeni Kaledoniya və Martinikdə əlavə ordunun istifadəsi ilə əlaqədar insan hüquqlarına dair hesabat təqdim etmək öhdəliyi götürdü. Bu, Bakı Təşəbbüs Qrupunun növbəti uğurlarından biri idi”.

O, beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinin artıq Fransadan hesabat tələb etməyə başladığını vurğulayıb.

“Bu gün isə biz BMT-nin qərargahında Afrika əsilli xalqların hüquqlarını müdafiə edən ekspertlərin işçi qrupunun 35-ci sessiyasında qonaq qismində iştirak edirik. Bu təşkilat BTQ-nu sessiyada iştirak etməyə dəvət edib. Mən burada bəyanatla çıxış edərək, müstəmləkəçilik siyasəti əsarəti altında olan regionlara BTQ-nin açıq dəstəyini ifadə etdim və Afrika əsilli xalqlarla əməkdaşlıq haqqında məlumat verdim”, – o qeyd edib.

Abbasov BTQ-nin fəaliyyəti çərçivəsində qarşılaşdığı maneələrdən də danışıb: “Təbii ki, zaman-zaman təşkilatımıza müəyyən dərəcədə təzyiqlər olur. Dəfələrlə iştirakçılarımıza müxtəlif təzyiqlərin edildiyini müşahidə etmişik. Lakin bu, heç bir halda təşkilatımızın fəaliyyətinə təsir göstərməyəcək. Biz keçən il olduğu kimi bu il və növbəti illərdə də beynəlxalq tədbirlərimizi keçirməyə davam edəcəyik. Beynəlxalq səviyyədə sözümüzü deməklə müstəmləkəçilik siyasəti əsarəti altında olan ölkələrdəki vəziyyəti daha geniş auditoriyaya çatdırırıq. Bununla yanaşı, təşkilatımız mövcud problemlər çərçivəsində hesabatlar hazırlayır və araşdırmalar aparır. Bu da mövcud vəziyyətlərə dair konkret faktların ortaya çıxmasına kömək edir”.

O, BMT-nin BTQ-nin fəaliyyətlərinə göstərdiyi dəstəkdən də bəhs edib: “BTQ-nin keçirdiyi beynəlxalq tədbirlərin 5-i BMT-nin qərargahlarında baş tutub. Biz BMT-nin dekolonizasiya üzrə C-4 və C-24 komissiyaları ilə sıx əməkdaşlığa başlamışıq. Bu əməkdaşlıq nəticəsində Yeni Kaledoniya, Fransız Polineziyası və Martinikin nümayəndələri C-4 və C-24 komitələrinə öz regionlarındakı vəziyyətlə bağlı məlumat veriblər. Həmçinin BMT-nin İnsan Hüquqları Şurası və İnsan Hüquqları Komitəsi ilə də əməkdaşlıq edirik. Bu platformalar BTQ üçün beynəlxalq səviyyədə səsimizi çatdırmaq üçün geniş imkanlar təqdim edir”.

A.Abbasov vurğulayıb ki, müstəmləkəçilik əsarəti altında olan regionlar artıq Azərbaycana ümid qapısı kimi baxırlar: “Ölkəmizə və təşkilatımıza rəğbət Azərbaycanın 4 il ərzində Qoşulmama Hərəkatına sədrliyi dövründə daha da artdı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın ana prinsiplərinə uyğun fəaliyyət göstərməsi bu rəğbəti artırdı. Qoşulmama Hərəkatı dekolonizasiya üçün yaradılmış beynəlxalq təşkilatdır və Azərbaycan həmin prinsiplərə uyğun olaraq müstəmləkəçilik əsarəti altında olan regionlarla sıx əməkdaşlıq etdi. Bu əməkdaşlığın nəticəsində Bakı Təşəbbüs Qrupu yaradıldı. Bu ölkələrin Azərbaycana rəğbəti böyükdür və hər keçən gün artır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol qəzası olub, xəsarət alan var
  2. FHN: Novxanıdakı partlayışda bir nəfər dağıntılar altından xilas edilib
  3. DİN Sumqayıtdakı partlayışla bağlı məlumat yayıb
  4. Sumqayıtda beşmərtəbəli binada yanğın olub, zərərçəkən var
  5. Sabunçuda yol qəzası olub, yaralanan var
  6. Pirşağıda avtomobillər toqquşub, yaralanan var
  7. Qaradağ rayonunda 28 yaşlı gənci avtomobil vurub
  8. Bakıda 46 yaşlı qadın yol qəzasında xəsarət alıb
  9. Bakıda atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ölüb
  10. Bakıda 22 yaşlı sürücü yol qəzasında xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Azərbaycanın təndirçilik sənəti və çörək bişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb
Azərbaycanın təndirçilik sənəti və çörək bişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb
Azərbaycanın təndirçilik sənəti və çörək bişirmə üsulu BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO-nun Ətraflı
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?