Polineziyalı siyasətçi: "Fransa müstəmləkəçiliyini sonlandırmaq istəyirik"
"Fransız Polineziyasının tezliklə müstəqilliyə qovuşacağına ümid edirəm".
"Report" xəbər verir ki, bunu Polineziya müstəqilliyi uğrunda mübarizə aparan “Tavini huiraatira” partiyasının nümayəndəsi Heynui Le Kai (Heinui Le Caill) Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, dənizaşırı Fransa koloniyalarında yaşayan əhali əzab çəkir: "Fransa stabilliyi və əməkdaşlığı təşviq etdiyini düşünür. Amma həqiqətdə belə deyil. Fransız Polineziyasında atom bombasının sınaqlarını keçirilib. Bundan əhali əziyyət çəkib, etirazlar olub", - deyə o əlavə edib.
Heynui Le Kai Fransanın Fransız Polineziyasının təbii sərvətləri hesabına 25 milyard dollar qazanmasına da diqqət çəkib: "Fransa Polineziya xalqını saymır. Əksər işlərdə fransızlar işləyir. Biz suveren olmaq, müstəmləkəçiliyi sonlandırmaq istəyirik".
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.
BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.