BMT Ukraynada müharibədə həlak olan mülki şəxslərin sayını açıqladı
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı təşkilatın həftəlik xülasəsində Rusiya ilə müharibədə Ukraynada həyatını itirən mülki şəxslərin sayını açıqlayıb.
Qeyd edilir ki, müharibə ilə əlaqədar Ukraynada 8 317 mülki şəxs ölüb, 13 892 nəfər yaralanıb.
Martın əvvəlindən 113 nəfər mülki şəxsin həlak olduğu bildirilir.
Qeyd edilir ki, faktiki rəqəmlər xeyli yüksəkdir, çünki intensiv hərbi əməliyyatların getdiyi bəzi yerlərdən məlumatların alınması gecikdirilib və bir çox hesabatlar hələ də təsdiqlənməyi gözləyir.