Azərbaycanda 5 ulduzlu hotellərdə ən yüksək qiymətlər Qubadadır
- 13-04-2024, 14:47
- Cəmiyyət
Onlayn bronlaşdırma sistemi olan booking.com-da bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib.
“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən araşdırmasına görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 % çoxdur.
Hesabat dövründə ən yüksək qiymət 269 manat olmaqla Qubada qeydə alınıb. Ötən ilin eyni dövründə rayonda 5 ulduzlu hotel olmayıb.
İkinci yerdə 247 manat olmaqla Naftalanın hotelləri qərarlaşıb. Bu, 1 il əvvələ nisbətən 17,3 % çoxdur.
5 ulduzlu hotellər arasında üçüncü yeri isə 237 manat olmaqla Bakı tutub. Paytaxtda orta qiymət illik müqayisədə 25 % artıb.
Qəbələdə 5 ulduzlu hotellərdə bir gecə qalmaq 206 manata (4 % çox), Lənkəranda 170 manata (1,4 % çox), İsmayıllıda 155 manata (ötən ilin eyni dövründə rayonda 5 ulduzlu hotel olmayıb), Şabranda 154 manata (16,8 % çox), Qaxda 153 manata ( 3,3 % artıb), Qusarda 109 manata (ötən ilin eyni dövründə rayonda 5 ulduzlu hotel olmayıb) başa gəlib.