Bakıda orta aylıq əməkhaqqı açıqlanıb
Bu ilin yanvar ayında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 086,9 manat təşkil edib.
Bu barədə Bakı şəhər Statistika İdarəsinin hesabatında bildirilir.
Məlumata görə, paytaxtda orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,5% artıb.
Xatırladaq ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 11,8% artaraq 856,2 manata çatıb.